İranlı aktyor Məhəmməd Sadeği “Instagram” səhifəsində canlı yayım açaraq əxlaq polisini tənqid etdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Lent.az ISNA-ya itinadən xəbər verir ki, teatr və televiziya aktyoru Məhəmməd Sadeği Tehrandakı evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.
Aktyor mülki geyimli təhlükəsizlik qüvvələri evinə daxil olarkən öz səhifəsində canlı yayım açıb.
Məlumata görə, aktyor sosial şəbəkələrdə izləyicilərini zorakılığa çağırdığına və polis məmurlarını təhdid etdiyinə görə bu gün məhkəmə qərarı ilə həbs edilib.
Aktyorun həbsi sosial şəbəkələrdə etirazla qarşılanıb.