Çelyabinsk vilayətinin Zlatoust şəhərinin iki yaşlı sakini itin hücumundan sonra çoxsaylı dişləmə yaraları və qolunun sümüklərinin sınığı alıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Zlatoustda özəl sektorda baş verib. Ana qızı ilə evləri gəzərkən, qız quşxanada oturan itləri görüb. O, itlərə yaxınlaşıb və bağı qoruyan metal barmaqlıqlar arasından Rottveylerin hücumuna məruz qalıb.
Çoxlu yaralarla zərərçəkən tibb müəssisəsinə aparılıb, qıza sol qolun iki sümüyünün sınığı diaqnozu qoyulub. Hadisənin baş vermə şəraiti müəyyən edilir. Bağda müxtəlif cinslərdən olan 18 itin olduğu qeyd edilir.