Türkiyənin İzmir və Kahramanmaraşdan gələn yanğın xəbərlərinə yenisi əlavə edilib.
Qaziler.az yerli mediaya istinadla xəbər verir ki, Türkiyədə başlayan isti hava dalğası Bodrum hava limanı qovşağında yanğına səbəb olub. Hadisə günorta saatlarında yol kənarındakı otların alışıb yanması nəticəsində başlayıb.
Küləyin təsiri ilə sürətlə yayılan alovu idarə etmək üçün havadan və qurudan müdaxilələr edilir.
Yanğına Muğla Meşə Region Müdirliyinə məxsus 9 helikopter və 9 təyyarə havadan, 53 yanğınsöndürən maşını və su tankeri, 4 dozer və 300-dən çox personal qurudan müdaxilə edir.
Muğla valisi Orhan Tavlı Anadolu Agentliyinə (AA) bildirib ki, yanğını nəzarət altına almaq üçün müdaxilələr davam edir. O, həmçinin bölgədəki yaşlı vətəndaşların tüstüdən təsirlənməmələri üçün təxliyə edildiyini bildirib.
QAZİLER.AZ