Ağdaş şəhərində ümumi sahəsi 180 m² olan birmərtəbəli 5 otaqlı evin lambirdən ibarət tavanı 20 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yüksək temperaturdan 1 otağın lambirdən ibarət tavanı 11 m² sahədə və 1 ədəd kondisioner əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.