Moskva ətrafında yerləşən vilayətlərdə leysan yağış və qasırğa hadisəsi baş verib.
Qaziler.az xəbər verir ki, bu barədə “112” teleqram kanalında görüntülər paylaşılıb.
Görüntülərdə hər tərəfin yağış sularına qərq olduğu, avtomobillərin suyun içində batdığı müşahidə olunur.
Paylaşılan figər görüntüdə isə ildırımın insanların yaxınlığındakı ağaca düşdüyü, xoşbəxtlikdən heç bir tələfatın olmadığı görülür. Hadisə zamanı şəhər əhalisi həmin yerdən uzalaşarkən qorxudan suya yıxılıb.
QAZİLER.AZ