Bakının mərkəzində sərnişin avtobusu dirəyə çırpılıb.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, Səbail rayonu ərazisində 31 nömrəli marşrut avtobusu dirəyə çırpılıb və dirək binaya doğru aşıb.
Hazırda DYP və Səbail rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Araşdırma aparılır.
***
18.39
Bakıda sərnişin avtobusu qəza törədib.
APA xəbər verir ki, hadisə metronun “İçərişəhər” stansiyası yaxınlığında qeydə alınıb. 31 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus işıq dirəyinə çırpılıb. Dirək aşıb.


