Türkiyənin Kayseri şəhərində çörək toplayan yaşlı bir qadın zibillikdə hərəkətsiz şəkildə duran körpə olduğunu görüb.
Qaziler.az İHA-ya istinadla xəbər verir ki, qadın dərhal polis və tibb işçilərinə xəbər verib.
Hadisə yerinə gələn polis və sağlamlıq qrupları zibillikdə tapılan yeni doğulmuş körpənin öldüyünü müəyyən ediblər.
Genişmiqyaslı araşdırmaya başlayan polis qrupları, körpəni zibil qutusuna atan şəxs və ya şəxslərin tutulması üçün də işlərə başlayıb.
QAZİLER.AZ