Goranboyda bəzi əraziləri su basdı

Goranboyda bəzi əraziləri su basdı backend

Goranboy rayonunun Azad kəndində intensiv yağışlar nəticəsində bəzi ərazilər subasmaya məruz qalıb.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri tədbirlər görülüb.

Bu çərçivədə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonunun Azad kəndində intensiv yağışlar nəticəsində bəzi ərazilərin subasmaya məruz qalması barədə daxil olan məlumatla əlaqədar FHN-in Aran Regional Mərkəzinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

 

 

Diaspora