Ağsu çayı daşdı, Şamaxının 3 kəndi ilə əlaqə kəsildi

Ağsu çayı daşdı, Şamaxının 3 kəndi ilə əlaqə kəsildi backend

İyunun 30-da günün ikinci yarısından Şamaxıya yağmaya başlayan güclü yağış bir sıra fəsadlar törədib.

QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, güclü yağışdan sonra dağlardan gələn sel Ağsuçayın daşması ilə nəticələnib. Bu səbəbdən rayonun Qaleybuğurd, Keçmədin, Qaladərəsi kəndləri ilə əlaqə kəsilib.

Kəndlərdə gedən avtomobil yolu bağlandığından istirahət məqsədilə sözügedən ərazilərə üz tutan turistlər oradan çıxa bilməyiblər.

Təbii fəlakətdən sonra dərhal rayon fövqəladə hallar komissiyasının (FHK) üzvləri həmin kəndlərə gedərək, hadisə baş verən ərazilərlə tanış olublar.

Hadisə bölgəsində olan rayon FHK-ın sədri Hikmət Şikarov bildirib ki, kəndlərdə qalan turistləri təxliyə etmək, rayon mərkəzi ilə kəndlərin əlaqəsini tez bir zamanda bərpa etmək məqsədilə əraziyə canlı qüvvə və texnika cəlb olunub. Hər hansı insan tələfatı və təsərrüfatlara zərərin dəyməsi ilə bağlı məlumat daxil olmayıb. Hazırda bölgədə yağmursuz hava müşahidə edilsə də, çaylarda suyun səviyyəsi həddən artıqdır.

***

Şamaxı ərazisindən keçən Ağsuçayın daşması nəticəsində rayonla əlaqəsi kəsilən Qaleybuğurd, Keçmədin və Qaladərasi kəndləri ilə gediş-gəliş bərpa edilib.

Rayon Fövqəladə Hallar komissiyasının sədri Hikmət Şikarovun verdiyi məlumata görə, sözügedən kəndlərlə əlaqənin bərpası üçün əraziyə canlı qüvvə və texnika cəlb olunub. İlk saatlarda kənd ərazisində köməksiz vəziyyətdə qalan turistlər evakuasiya edilib.

Sel səbəbindən bağlanan Lahıc İsmayıllı avtomobil yolunda da hərəkət qismən bərpa olunub.

İsmayıllı rayon icra hakimiyyəti başçısının Lahıc qəsəbə üzrə nümayəndəsi Əli Əlizadənin sözlərinə görə, dağlardan gələn sel suları avtomobil yolu ilə bərabər, həmçinin qəsəbədə də bir sıra fəsadlar yaradıb.

Yolun açılması üçün gecə saatlarında əraziyə canlı qüvvə və texnika cəlb olunub, yolun daşlardan və lil qatından təmizlənməsinə başlanılıb.

Qeyd edək ki, hazırda bölgədə yağmurlu hava davam edir, çaylarda gursululuq müşahidə edilir.

 

 

Diaspora