QAZİLER.AZ Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Xəzər rayonu, Qala qəsəbəsi ərazisində baş verib. Axundov Əhməd Qulamhüseyn oğlu idarəetməni itirərək “Kia Rio” markalı maşını maneəyə vurub.
Nəticədə Əhməd Axundov ölüb, avtomobildə olan sərnişinlər - Əliyeva Həliməxatun Gülağa qızı, Qənbərova Səbuhə Arif qızı, Qasımov Murad Abil oğlu, Əliyev İlqar Həbib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır