Gəncədə QƏTL: Zəngilanlı gənc oğlan Şəmkir sakinini öldürdü

Gəncədə QƏTL: Zəngilanlı gənc oğlan Şəmkir sakinini öldürdü backend

Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər ərazisində 1 nəfərin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Lent.az-a verdiyi məlumata görə, dərhal Baş Polis İdarəsinin və şəhər prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Şəmkir rayon sakini, 35 yaşlı Kamil Cəfərov aldığı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, 19 yaşlı Samir Hüseynov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir

 

 

Diaspora