Lerik rayonuna istirahətə gələn şəxs dərəyə düşərək ölüb

Lerik rayonuna istirahətə gələn şəxs dərəyə düşərək ölüb backend

Lerik rayonuna istirahətə gələn Səngəçal qəsəbə sakini, 55 yaşlı Füzuli Hacıyev dərəyə yıxılaraq ölüb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Regional Mərkəzindən məlumat verilib.

Hadisə Lerik-Lənkəran yolunun 23-cü kilometrliyində yerləşən istirahət mərkəzlərinin birinin ərazisində baş verib.

Qaradağ rayonunun Səngəçal qəsəbəsi sakini 1968-ci il təvəllüdlü Hacıyev Fizuli Seyfulla oğlu gəzinti zamanı ehtiyatsızlıqdan 80 metr hündürlükdən dərəyə yıxılaraq həlak olub.

Hadisənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Səngəçal qəsəbəsində elektrik stansiyasının işçiləri Lerik rayonuna tur təşkil ediblər. Dünyasını dəyişən Füzuli Hacıyev də həmin turla Lerik rayonuna istirahətə gedənlər arasında olub.

 

 

 

Diaspora