“Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri Voronej vilayətində Rusiya aerokosmik qüvvələrinin təyyarəsini vurub.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Ehtimallara görə, bu “AN-26” tipli hərbi nəqliyyat təyyarəsidir.
Təyyarə Kantemirovka kəndi yaxınlığına düşüb. İlkin məlumatlara görə, azı 3 nəfər ölüb.