Odessada polis iş vaxtı özünü güllələyib

Odessada polis iş vaxtı özünü güllələyib backend

Odessada xidmətdə olan polis əməkdaşı intihar edib.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, Odessa vilayətinin Milli Polisinin Baş İdarəsi məlumatı təsdiqləyib.

Bildirilib ki, polis idarəsinin İnqlesi küçəsində yerləşən bölmələrindən birində həmin vaxt xidmətdə olan 42 yaşlı baş serjant xidməti silahı ilə başına atəş açıb. İlkin məlumata görə, hadisə köməkçi otaqda baş verib.

"Hazırda müvafiq xidməti araşdırma aparılır, həmin şəxsin intihar etməsinin səbəbləri müəyyənləşdirilir. Daxili araşdırmanın nəticələrinə əsasən bütün materiallar Dövlət İstintaq Bürosuna veriləcək", - deyə idarənin mətbuat xidmətindən bildirilib.

QAZİLER.AZ

Diaspora