Neçə gündür sualtı gəmiylə “Titanik”in qalıqlarına baxmaq üçün okeanın dibinə enərkən yaşanan fəlakət dünya mediasının gündəmini zəbt edib.
Qaziler.az xəbər verir ki, hadisəylə bağlı türkiyəli köşə yazarı Ahmet Hakan “Hürriyet”də “Titanik”i görmək istəyənlərin fəlakətli sonunu şərh edib. O, adam başına 250 min dollar ödəyib okeanın dibinə səyahət etməyi doyumsuzluq adlandırıb:
“Beş nəfər... Beşi də inanılmaz dərəcədə zəngindir. “Titan” adlı 6,5 metrəlik sualtı qayığa minərək batan “Titanik” gəmisinin qalıqlarını kəşf etmək istəyiblər. Hazırda onların heç birindən xəbər yoxdur.
Onların 96 saat yetəcək oksigenləri var. Lakin bu gün saat 14:00-da oksigenləri tükənəcək. Təəssüf ki, ümid yoxdur.
Bu ölümcül səyahət üçün adam başına ödədikləri məbləğ isə 250 min dollardır. Belə düşündüm: bu insanlar kimi zəngin olsaydım belə bir səyahətə həvəs edərdimmi?
Əsla...
250 min dollar ödəmək nədir, heç mənə 250 min dollar verilsəydi belə bu ağlasığmaz səyahətə razılşamazdım. Bir düşünün: 5 nəfər 6,5 metrlik kapsulun içini girəcək. Özünüzü belə boğucu bir şeyin içinə salacaqsınız. Sonra da okeanın kilometrlərlə dərinliyinə dalacaqsınız.
Nə üçün? Həyəcan üçün...
“Titanik” 1912-ci ildə aysberqə çırpılaraq 2224 sərnişin və ekipaj üzvü ilə birlikdə batıb.
Həddindən artıq zənginlərin həyatındakı məna axtarışı, axmaq və təhlükəli həyəcan axtarışına çevrilib. Kimisi kosmosa getmək üçün milyonlar xərcləyir, kimisi dənizin altına dalmağa çalışır.
Hələ onlardan biri Pakistanın ən zəngin insanıdır. O, bu riskli səfərə 500 min dollar verərək oğlu ilə birlikdə gedib. Ölkəsi yoxsulluqla mübarizə aparır, o isə əyləncə axtarışındadır. Pulla hər şeyi satın ala bilmək kaprizi onları bu yerə gətirən səbəbdir. Çox az sayda insanın edə biləcəyi şeyləri etməklə barmaqla göstəriləcək insanlardan olma bilmək həvəsindədirlər.
Keçmişdə varlı aristokratlar tarixdən bu günə gətirdikləri incə zövqlərə sahib idilər. Bu gün isə dünyada ortaya çıxan yeni zənginlərin ağlasığmaz zövqləri bunlardır. Heç nə onlara bəs etmir, kifayət deyil.
Maddi rahatlıq onları qane etmir. Heç cür qane olmurlar. Başqaları ilə aralarına xətt çəkmək istəyirlər. Kosmosda gəzib dolaşmaq, “Titanik”də qərq olmaq, şəxsi sərvətlərinin bir hekayəsi olmaq istəyirlər.
Heç kim qüsuruma baxmasın. Ege sularında yeni həyat ümidi ilə ölən yüzlərlə qaçqın varken, sadəcə əylənmək üçün “Titan” adlı sualtı kapsulun içinə girənlərə yazığım gəlmir”.
QAZİLER.AZ