“Titanik”in qalıqlarını görmək üçün təşkil edilən turda istifadə edilən kiçik sualtı qayıq Atlantik okeanında yoxa çıxıb.
Qaziler.az İHA-ya istinadla xəbər verir ki, sualtı gəmidə neçə nəfərin olduğu hələlik məlum deyil.
Sualtı qayığı tapmaq üçün bu gün ABŞ-a bağlı Boston Sahil Mühafizəsi tərəfindən axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Hadisədən bir qədər əvvəl “OceanGate Expeditions” adlı özəl şirkət “Titanik”in dağıntılarına səyahətlərinin davam etdiyini açıqlayıb.
Gəminin qalıqlarını görmək üçün şirkətin təşkil etdiyi 8 günlük turun qiymətinin adambaşına 250 min dollar olduğu məlum olub. Qeyd edilib ki, "Titanik"in dağıntıları arasına dalmaq və çıxmaq təxminən 8 saat çəkir.
“Titanik”in qalıqları Atlantik okeanının dibində, Kanadanın Nyufaundlend sahillərindən təxminən 600 kilometr aralıda, 3800 metr dərinlikdə yerləşir.
Dövrünün ən böyük kruiz gəmisi olan “Titanik” 1912-ci ildə İngiltərənin Sauthempton şəhərindən ABŞ-ın Nyu-Yorka ilk səfəri zamanı aysberqlə toqquşaraq batıb.
Təyyarədə olan 2200 sərnişin və ekipaj üzvlərindən ən azı 1500-ü həlak olub. Titanikin qalıqları 1985-ci ildə kəşf edildikdən sonra geniş şəkildə tədqiq edilmişdir.
QAZİLER.AZ