Daşkəsəndə oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
QAZİLER.AZ Lent.az-a istinadən verdiyi məlumata görə, bu ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus tövləyə qanunsuz olaraq daxil olaraq ümumi dəyəri 2000 manata yaxın olan 8 baş xırda buynuzlu heyvan oğurlanıb.
Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Daşkəsən rayon sakinləri Qamət Ələkbərov, İsmayıl Orucov,Göygöl rayon sakini Mahmud Cəfərov və həmyerlisi Sənan Əmraslanov saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxlər törətdikləri cinayət əməllərini etiraf ediblər.
Faktla bağlı Daşkəsən RPŞ-də cinayət işi başlanıb araşdırmalar davam etdirilir.