Bakıda marketə HÜCUM: Haramdır deyib 9 minlik içkini sındırdı

Bakıda marketə HÜCUM: Haramdır deyib 9 minlik içkini sındırdı backend

İyunun 15-də Yasamal rayonu ərasizindəki marketə gəlmiş naməlum şəxs orada olan spirtli içkiləri qəsdən sındıraraq ticarət obyektinə 9 min manata yaxın ziyan vurub.

QAZİLER.AZ  Lent.az-a istinadən bildirir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində başqasının əmlakını qəsdən məhv etməkdə şübhəli bilinən İkram Hüseynov saxlanılıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 186.1-ci  (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, yayılan məlumata görə, hadisəni törədən şəxs spirtli içkilərin haram olduğunu deyərək bu addımı atıb.

 

 

Diaspora