Ankaranın Kızılcahamam bölgəsində düşərgə quran vətəndaşlar ildırım çaxmasının şahidi olub.
Qaziler.az İHA-ya istinadla xəbər verir ki, bölgəyə gedən insanlar kameraları görüntü çəkə biləcəkləri yerə quraşdırıblar.
İstirahət zamanı birdən hava tutulub, ardınca ildırım çaxaraq yağış yağmağa başlayıb. Tez əşyalarını toplayan düşərgə salanlar kameraları olduğu yerdə qoyub avtomobillərinə qaçıblar. Göy üzünü aydınlatan ildırımın düşməsi isə kameralara yansıyıb.
QAZİLER.AZ