Aksiz markası olmayan külli miqdarda tütün məmulatları aşkar edilib.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aksiz markası ilə markalanmamış külli miqdarda - 3989 qutu tütün məmulatlarının satışının təşkil edilməsi müəyyən olunub.
Hazırda faktla bağlı araşdırma aparılır