QAZİLER.AZ Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Muradxanlı kəndi ərazisində baş verib. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq hərbi qulluqçusu (MAXE) 23 yaşlı Əhmədov Rahil Rahib oğlu ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Rahil Əhmədovun cənazəsi bu gün doğulduğu Göyçay rayonunun Mallı-Şıxlı kəndinə gətirilərək dəfn ediləcək.
Faktla bağlı araşdırma aparılır