Astarada eşşək kənd sakininin qulağını dişləyərək qoparıb

Astarada eşşək kənd sakininin qulağını dişləyərək qoparıb backend

Astara rayonunda ulaq (eşşək) kənd sakinini dişləyərək xəsarət yetirib.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Pəlikeş kəndində baş verib.

Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü Vəliyulla Talıb oğlu Əliabbasova qonşusunun ulağı hücum edib.

Yerə yıxılan kişinin qoluna xəsarət yetirən ulaq V.Əliabbasovun qulağını dişləyib.

Xəsarət alan kənd sakini Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Cərrahi əməliyyatla yaralının qulağı yerinə tikilib.

Yaralıya digər tibbi yardımlar göstərilib, tetanus əleyhinə zərdab və quduzluğa qarşı peyvənd vurulub.

Diaspora