Azərbaycanlı tələbə Polşada qəfil öldü

Azərbaycanlı tələbə Polşada qəfil öldü backend

Polşada azərbaycanlı tələbə qəfil vəfat edib.

Bu barədə Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli məlumat yayıb.

O bildirib ki, Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetinin (University of Economics and Human Sciences in Warsaw) həm tələbəsi, həm də əməkdaşı olan 30 yaşlı Murad Qarayev ürək çatışmazlığından dünyasını dəyişib.

F.Cəfərli bildirib ki, Murad Qarayevin nəşinin Azərbaycana göndərilməsi məqsədilə iş aparılır.

Bunun üçün onun təhsil aldığı və işlədiyi universitet tərəfindən yardım fondu yaradılıb.

Diaspora