Moskva yaxınlığındakı Ramenskoye şəhərində Özbəkistandan olan qonaq işçi özəl pivə zavodunda çəndən pivə dadmaq istəyərkən ölüb.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə MK.RU yazıb. İlkin məlumata görə, o, karbon qazından zəhərlənərək boğulub.
Belə ki, hadisə iyunun 3-də günorta saatlarında baş verib. Pivə zavodunun ətrafını abadlaşdırmaq üçün dəvət olunan işçi, istehsalat sahibinin yoxluğunda yerli pivədən dadmaq qərarına gəlib. Ehtimal olunur ki, işçi krandan pivəni dadmaq istəyib, lakin oradan maya tökülüb və içkinin dadını müəyyən etmək mümkün olmayıb. Bundan sonra o, yuxarıdan pivə götürmək qərarına gəlib. Lyuku açıb və çənin parını nəfəsinə çəkib və huşunu itirərək çənə yıxılıb.
Ərazi sahibi gələndə işin görülmədiyini, Özbəkistandan olan ustanın isə heç yerdə olmadığını müşahidə edib. Tezliklə əməkdaşlardan biri 2000 litr tutumu olan çənlərdən birində lyukun açıq qaldığını və kranın bağlandığını bildirib. Adamlar çənin içinə baxanda dibində işçinin cəsədini aşkarlayıblar.
QAZİLER.AZ