Bakıda intihar hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisindəki şadlıq evlərindən birində qeydə alınıb.
Orada elektrik işləyən, 1956-cı il təvəllüdlü Şahin Soltanov iş yerində özünü asıb.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.