Bakıda evdən oğurluq edilib
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayonunun Görədil bağlar sahəsindəki evlərin birindən 12.000 manat dəyərində mebel dəsti, qaz sobaları, təmir alətləri və digər məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini V.Həsənov, Tərtər rayon sakinləri Ş.İngilisli və O.Paşayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.