Göyçayda kişi qonşusunu kürəyindən bıçaqladı

Göyçayda kişi qonşusunu kürəyindən bıçaqladı backend

Göyçay şəhərində sərxoş olan şəxslər arasında dava qanla bitib.

Publika.az report-a istinadən xəbər verir ki, Göyçay şəhər sakini Rahim Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu, 1985-ci il təvəllüdlü Pünhan Nəsrullayevin kürək nahiyəsinə bıçaqla xəsarət yetirib.

Artıq Rahim Məmmədov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Hadisə zamanı onların hər ikisinin sərxoş olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”un yerli bürosuna bildirilib ki, Pünhan Nəsrullayevin xəsarətinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub, Rahim Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq izahatı alınıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Diaspora