Türkiyə və Sinqapur gəmiləri Egey dənizində toqquşub

Türkiyə və Sinqapur gəmiləri Egey dənizində toqquşub backend

Türkiyəyə məxsus ANT gəmisi Egey dənizində Sakız adasının 9 mil (14,4 km) şimal-qərbində Sinqapur bayraqlı POTENTIA gəmisi ilə toqquşub.

Qaziler.az APA-ya istinadla xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, toqquşma anında türk gəmisində 13 personal olub. ANT gəmisinin 1 saylı su anbarına daxil olduğu da bildirilib.

"Baş Axtarış və Xilasetmə Koordinasiya Mərkəzinin (AAKKM) koordinasiyası ilə bölgədəki ticarət gəmiləri hadisə yerinə istiqamətləndirilib və gəmilərin yerləşdiyi əraziyə çatıb. Bundan başqa, Hərbi Dəniz Qüvvələrinə məxsus dəniz xilasetmə qüvvələri və Sahil Mühafizə Komandanlığı bölgəyə yönəldilib”, - qeyd olunub.

Diaspora