Azərbaycanda bir ailənin 4 üzvünü it dişləyib - Yenilənib

Azərbaycanda bir ailənin 4 üzvünü it dişləyib - Yenilənib backend

TƏBİB Xaçmaz rayonunda bir ailənin dörd üzvünü it dişləməsi ilə bağlı məlumat yayıb.

Qurumdan "Report"a bildirilib ki, Xaçmaz rayon Qaraçay-Cek kənd sakinlərinin küçə itlərinin hücumuna məruz qalması nəticəsində 4 nəfər (3-ü qadın, 1-i kişi) xəsarət alıb.

Həmin şəxslər TƏBİB-in tabeliyindəki Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə təxliyə edilib. Onlara dərhal zəruri tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.

Həmin şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

 

*****

11:41

Xaçmaz rayonunda bir ailənin dörd üzvünü it dişləyib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Qaraçay-Cek kəndində baş verib.

Kən sakinləri, 1955-ci il təvəllüdlü Gülçöhrə Polad qızı Nuriyeva, 1956-cı il təvəllüdlü Səccarə Əlif qızı Nuriyeva, 1999-cu il təvəllüdlü Novruz Ramiz oğlu Nuriyev və 1986-cı il təvəllüdlü Leyla Mürsəl qızı Poladovanı it dişləyib.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara quduzluq əleyhinə peyvənd vurulub.

Diaspora