Hövsanda bir ailənin 3 üzvünün ölümünə səbəb olan qəza ilə bağlı cinayət işi başlanılıb.
APA xəbər verir ki, 1980-ci ildə təvəllüdlü Əliyəv Ayaz Vəli oğlu idarə etdiyi “Nissan Tiida” markalı avtomobillə Hövsan qəsəbəsində hərəkət edərkən piyadaların keçidi üçün nəzərdə tutulan keçidin altından yolu keçən piyadalar 1964-cü il təvəllüdlü Rəsulova Səkinə Baloğlan qızını, onun gəlini 1984-cü il təvəllüdlü Cavadova Samirə Xudayar qızını və sonuncunun qızı 2020-ci il təvəllüdlü Hüseynova Məryəm Nadir qızını vurub, nəticədə hər üç piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb.
06:02
Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib.
APA xəbər verir ki, qəza Hövsan qəsəbəsi ərazisində baş verib.
Belə ki, Hövsan şosesində Qum adası istiqamətində hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsü qəfil yola çıxan üç nəfəri vurub. Ana, uşaq və nənə zərbənin təsirindən hadisə yerində ölüb.
Hadisədən sonra Hövsan şosesində hərəkət məhdudlaşdırılıb.
Hadisə şahidləri qəzanın yolun işıqlandırılmaması səbəbindən baş verdiyini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb.