Xırdalanda yaşayış binasında yanğın olub: Zəhərlənənlər var

Xırdalanda yaşayış binasında yanğın olub: Zəhərlənənlər var backend

Abşeron rayonunun Xırdalan şəhərində səkkizmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında quraşdırılan elektrik lövhəsində 2 ədəd sayğac və 5 metr kabel yanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin arxa faraları və buferi əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.

Avtomobilin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub.

 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Diaspora