ADY: Gürcüstanda teplovozun relsdən çıxması nəticəsində 1 əməkdaşımız dünyasını dəyişib - YENİLƏNİB

ADY: Gürcüstanda teplovozun relsdən çıxması nəticəsində 1 əməkdaşımız dünyasını dəyişib -  YENİLƏNİB backend

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstanın Tsalka rayonundan keçən seksiyasında texniki xidmət qatarı relsdən çıxaraq aşıb.

Apa-nın Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, ötən gün baş vermiş qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölən şəxsin və xəsarət alanların Azərbaycan vətəndaşları olduğu bildirilir.

Ölən şəxsin Salyan rayon sakini, maşinist köməçisi çalışan 40 yaşlı Sadıqov Ruslan Ramiz oğlu olduğu bildirilir.

Dəmir yolu xəttinin sözügedən seksiyasında tikinti işlərinin Azərbaycan Dəmir Yolları şirkəti tərəfindən aparıldığı bildirilib.

Faktla əlaqədar cinayət işi açılıb.

#

Diaspora