Neftçalada qəzaya düşən Vətən müharibəsi qazisi səkkiz gün sonra ölüb - FOTO

Neftçalada qəzaya düşən Vətən müharibəsi qazisi səkkiz gün sonra ölüb -  FOTO backend

May ayının 19-da Neftçala şəhərində iki motosikletin toqquşması nəticəsində ağır yaralanmış şəxs bu gün dünyasını dəyişib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə hadisədən dərhal sonra yaralanan hər iki şəxs Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, Əli İnqilab oğlu Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. 

Xatırladaq ki, may ayının 19-da Neftçala rayonunun Bankə qəsəbə sakini 1995-ci il təvəllüdlü Əli İnqilab oğlu Məmmədovun idarə etdiyi motosiklet Neftçala şəhər sakini 1954-cü il təvəllüdlü Cavanşir Xəlil oğlu Yusifovun idarə etdiyi motosikletlə toqquşub.

Qeyd edək ki, Əli İnqilab oğlu Məmmədov Aprel döyüşlərinin iştirakçısı və Vətən müharibəsi qazisidir.

 

Diaspora