Gəncədə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə Şəmkir yolunun 1 km-də qeydə alınıb.
Hərəkətdə olan "Prado " ilə "Khazar" markalı minik maşını toqquşub. Qəza zamanı 1 nəfər ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
