Bakı şəhərində qidadan zəhərləndiyi deyilən polis intihar edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, mayın 24-də axşam saatlarında 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd edib.
O, bu barədə dostlarına da məlumat verib.
Qeyd edək ki, S.Mustafayevin həyat yoldaşı xəstə olduğu üçün onun çoxlu borcu yaranıb.
16:51
Mayın 24-də axşam saatlarında 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayevin səhhətində yaranan problem üzündən xəstəxanaya yerləşdirilməsi və daha sonra həyatını itirməsi ilə bağlı mediada yayılmış məlumat AQTA tərəfindən araşdırılıb.
Bu barədə AQTA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib. Araşdırma zamanı hadisənin qida ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilib.
Qeyd edək ki, mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib. DİN-in mətbuat xidmətindən bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, o, həyatını itirib.
S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.
07:21
Mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq o həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.