Cəlilabad rayon sakini arıların hücumu nəticəsində ölüb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Alar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Adil Rzayev öz arılarına qulluq edən zaman, arı yeşiyinin üzərinə yıxılıb. Bu vaxt arılar ona hücum edərək sancıblar.
O, Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılsa da, dünyasını dəyişib.
Məhz yaşlı kişinin ölümünə səbəb arıların sancması ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.