Bakıda keçmiş ər boşandığı arvadına qorxulu anlar yaşadıb.
Bu barədə Lent.az-a ərindən ayrılmış Gülnar Kazımova özü məlumat verib.
Belə ki, xanım keçmiş əri Samir Kazımovun boşanmaqlarına baxmayaraq, onlardan əl çəkmədiyini, hər gün qapısına gəlib təhqiredici sözlər işlətdiyini bildirib.
Qadının sözlərinə görə, kişi qapını qırmağa çalışıb.
Keçmiş əri hətta evin təhlükəsizlik kameraları qarşısına keçərək qollarını doğrayıb.
Xanımın sözlərinə görə, artıq o, özünü öldürmək həddinə çatıb.
Həmin dəhşətli görüntüləri təqdim edirik: