Türkiyədə 3 seçici seçki məntəqəsində səs verən zaman ürəktutmadan vəfat edib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, hadisələrdən biri ölkənin Rize şəhərində qeydə alınıb.
64 yaşlı Şeref Kurt səs verməyə gəlib. Seçki məntəqəsinin önündə onun səhhəti qəfildən pisləşib. O, xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, Ş.Kurtun həyatını xilas etmək mümkün olmayıb.
Trabzonda səs verən 74 yaşlı Aysel Ulusoyun da səhhəti gözlənilmədən pisləşib. O,da aparıldığı klinikada dünyasını dəyişib.
Oxşar hadisə Giresunda da baş verib. Belə ki, 85 yaşlı İsmail Yıldızın halı qəfildən pisləşib. Hadisə yerinə gələn təcili təbii yardım xidmətinin əməkdaşları onun həyatını xilas edə bilməyiblər.