Kazanda özəl uşaq bağçasında müəllim dərs zamanı uşağı vurub.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, səbəb isə azyaşlı qızın öskürməyinin müəllimin xoşuna gəlməməsi olub.
Məlumata görə, rəsm dərsi prosesi valideynlərə göstərilmək üçün videoya çəkilib. Videonun kadrlarında müəllimin şagirdlərdən birinin üzərinə əyilərək ona kömək etməsi, körpənin yanında oturan qızın öskürməsi və müəllimin dirsəyi ilə onun üzünə vurması əks olunub.
Zərərçəkənin anası məktəbəqədər müəssisənin rəhbərliyinə müraciət edib. Müəllim öskürək dərsini pozduğu üçün uşağa qəzəbləndiyini izah deyib.
Valideyn hadisə barədə polisə şikayət edəcəyini bildirib.