Ermənistanda əsir saxlanılan Azərbaycan əsgərinə saxta ittiham və ağır cəza ağır cəza

Ermənistanda əsir saxlanılan Azərbaycan əsgərinə saxta ittiham və ağır cəza ağır cəza backend

Ermənilər tərəfindən əsir götürülən və saxta ittihamlarla cinayət işi açılan azərbaycanlı hərbçilərdən biri qanunsuz olaraq azadlıqdan məhrum edilib. 

Belə ki, Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi Aqşin Bəbirov haqqında 11 il 6 ay müddətinə həbs qərarı çıxarıb. Ona qarşı “dövlət sərhədini qanunsuz keçmə, odlu silah və döyüş sursatlarının dövlət sərhədindən qanunsuz keçirilməsi” maddəsi ilə saxta ittiham irəli sürülüb. A.Bəbirov bu ittihamlarla təqsirli bilinib.

Digər azərbaycanlı hərbçi Hüseyn Axundovla bağlı hələ ki qərar verilməyib.  Erməni tərəfi onu qətldə ittiham edir.

Xatırladaq ki, Azərbaycan ordusunun hərbçiləri 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu itiriblər, nəticədə Ermənistan ordusu tərəfindən əsir götürülüblər. (oxu.az)

Mənbə: “Sputnik” Ermənistan

Diaspora