Fransada pişiyi torbaya sayıb döyən Ermənistan vətəndaşını heyvan müdafiəçiləri tutaraq polisə təjhvil verib.
Lent.az DNA qəzetinə istinadla xəbər verir ki, hadisə Strasburqun Nehof məhəlləsində baş verib. Heyvan hüquqlarının müdafiəçisi olan qadın tanımadığı şəxsin pişiyi torbaya salaraq təpiklədiyini görüb. O, heyvana əziyyət verən şəxsi təqib edərək yerini polisə xəbər verib.
Bir neçə gün əvvəl hakim qarşısına çıxarılan şəxs barədə həbs qətimkan tədbiri seçilib. Onun məhkəmə iclası 5 sentyabra təyin edilib. Şəhərin 2 böyük heyvan hüquqları təşkilatı 42 yaşlı Ermənistan vətəndaşına qarşı iddia ilə çıxış edib. Onlar heyvana işgəncə verən şəxsə ağır zəza verilməsini tələb edirlər.
Hüquqşünaslar DNA qəzetinə bildiriblər ki, ermənini bu əmələ görə 45 000 avro cərimə, 3 ilədək həbs gözləyir.
Veterinar müayinə zamanı pişiyin bir gözünün çıxdığı, çənəsinin isə sındığı məlum olub.