Bakıda 7 yaşlı uşağı orta məktəbin qarşısında maşın vurub.
Trend-in məlumatına görə, Xəzər rayonu, Binə qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Dədəcanov Elsevər Gülməli oğlu özünə məxsus “Volkswagen” markalı avtomobillə Binə qəsəbəsində yerləşən 334 saylı məktəbin yaxınlığında hərəkətdə olarkən yolu sağdan sola doğru keçmək istəyən piyada – 2016-cı il təvəllüdlü Məmmədov İbrahim Orxan oğlunu vurub. Azyaşlı Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı Xəzər RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.