Yunanıstanın Rodos adasında yerli taksi sürücüləri beynəlxalq "Uber" şirkətinin işçilərinə hücum edərək 15-ə yaxın avtomobilə ziyan vurublar.
QAZİLER.AZ Lent.az-a istinadən verdiyi məlumata görə, "Uber" şirkəti tərəfindən idarə olunan "Cool Rodos" şirkətindən olan sürücü başqa birliyin taksi sürücüləri tərəfindən hücuma məruz qalaraq ağır yaralanıb. Onlar, həmçinin 15 ədəd "Cool Rhodes" şirkətinin avtomobilinə və ofisinə ziyan vurublar.
Taksi sürücüləri şirkət adanı tərk edənə qədər etiraz aksiyalarını davam etdirmək niyyətində olduqlarını bildirdikləri üçün polis yüksək hazırlıq vəziyyətinə gətirilib.