Türkiyənin İzmir şəhərində 39 yaşlı qadın boşanma prosesində olan əri tərəfindən övladının gözü qarşısında güllələnərək öldürülüb. Qatil ər hadisədən sonra polisə təslim olub.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, 50 yaşlı K.K. Zeytinlik Məhəlləsində uşağı ilə evdən çıxan 39 yaşlı boşanma prosesində olan həyat yoldaşı Recibe Kolumanı təqib edərək onu övladının gözü qarşısında qətlə yetirib.
O, həyat yoldaşına üzərindəki tapança ilə 4 dəfə atəş açıb.
K.K hadisədən qısa müddət sonra Boğaziçi Polis İdarəsinə gedərək təslim olub.
Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.
QAZİLER.AZ