Aprelin 26-da Gəncə şəhərində yerləşən 1 saylı Abbas Səhhət adına xəstəxanada yanğın baş verməsi barədə məlumat daxil olub.
Gəncə şəhər prokurorluğundan Apa-ya verilən məlumata görə, ilkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.
Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır
***
10.51
Gəncədə xəstəxanada baş verən yanğın zamanı bir nəfər tüstüdən zəhərlənərək ölüb.
APA-nın xəbərinə görə, ölən şəxsin reanimasiyada müalicə alan xəstə olduğu bildirilir.
***
10.25
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Əlavə məlumat veriləcək.
APA-nın xəbərinə görə, xəstəxananın zirzəmisində elektrik şitində tüstüləmə baş verib. Operativ müdaxilə nəticəsində yanğın qısa müddətdə söndürülüb. Təhlükəsizlik məqsədilə xəstələr təxliyə olunub.
***
10.12
Gəncədə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında baş verib. Xəstəxanada anidən yanğın başlayıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Xəstəxanada olan xəstələr təxliyə olunur.











