Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən mənzillərin birində qətlə yetirilən şəxs tanınmış vəkilin qardaşı imiş.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aprel ayının 23-ü qətlə yetirilən 1982-ci il təvəllüdlü Namik İsrafilov tanınmış vəkil Vasif İsrafilovun qardaşıdır. Bakı şəhərində kloun kimi çalışan N.İsrafilov bir müddət imiş tək yaşayırmış.
Qeyd edək ki, fakta görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qətli törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 25 yaşlı Rəsul Ağazadə saxlanılıb.
11:11
Paytaxtın Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən mənzillərdən birində 1982-ci il təvəllüdlü Namik İsrafilovu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1998-ci il təvəllüdlü Rəsul Nəsib oğlu Ağazadə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
10:39
Aprelin 23-də saat 20 radələrində paytaxtın Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən mənzillərdən birində 1982-ci il təvəllüdlü Namik İsrafilovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.
Bu barədə Nərimanov Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, ilkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.