Qadın hərəkətdə olan mikroavtobusdan özünü yola atıb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhərində, maşınqayırma zavodunun yaxınlığında baş verib.
1993-cü il təvəllüdlü Ağdaş rayon sakini İsmayılova Rüfanə Abbas qızı gözlənilmədən hərəkətdə olan "Mersedes Vito" markalı mikroavtobusun qapısını açaraq özünü yola atıb.
Ağır kəllə-beyin travması və digər xəsarətlər alan gənc qadın xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin əsl səbəbi hələki tam məlum deyil.