Cəlilabadda güclü külək fəsadlar törədib - FOTO

Cəlilabadda güclü külək fəsadlar törədib - FOTO backend

Cəlilabadda güclü küləyin fəsadları aradan qaldırılır. 

"Report"un Muğan bürosunun məlumatına görə, rayon ərazisində baş verən qəfil külək nəticəsində elektrik xətləri qırılıb, rayon mərkəzi də daxil olmaqla, bir neçə kənd işıqsız qalıb.

Həmçinin güclü külək onlarla ağacı aşırıb. Külək köhnə Ələt-Astara avtomobil yolunun Göytəpə şəhərindən keçən hissəsində ağacları yola aşırıb. Eyni zamanda şəhər ərazisində fərdi evlərin və obyektlərin dam örtüyü dağılıb, işıqlar kəsilib. 

Hazırda rayon fövqəladə hallar komissiyası və digər dövlət orqanları təbii fəlakətin aradan qaldırılması istiqamətində işlər aparır. Cəlilabad şəhərinin bir hissəsində elektrik enerjisinin verilişi bərpa olunub. İlkin məlumata görə, insan tələfatı yoxdur. 

Əlavə məlumat veriləcək.

Diaspora