Şəmkir şəhəri ərazisindəki restoranların birində qızıl təsbeh oğurlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təsbeh Bakı şəhər sakini A.Baxşəliyevə məxsusdur.
2000 manat dəyərində olan qızıl təsbehin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən rayon sakini A.Bəhramlı müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.