İzmirdə göydələnin şüşələrini təmizləyən işçilərin içində olduğu qurğunun kəndiri qırılıb.
Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, hadisə zamanı iki işçi ölümlə üz-üzə qalıb.
Havada asılı qalan işçilər dəfələrlə binaya çırpılıb. Nərdivanlara ip atıb özlərini saibtləməyə çalışan işçilərin yaşadığı qorxu dolu anlar ətrafdakı insanlar tərəfindən mobil telefonun kameraları ilə görüntülənib.
Bir müddət havada asılı qalan işçilərin daha sonra sağ-salamat qurtarıldığı məlum olub.
QAZİLER.AZ